Dünya

Bu xəbər ABŞ-ı silkələdi: bir gündə 4 polis...

9 Noyabr 2023 22:19
Baxış: 700
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Los-Ancelesdə bir gündə dörd polis məmuru intihar edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Los Angeles Times" Los-Anceles polis rəisinin ofisinə istinadla məlumat yayıb.

"Son 24 saat ərzində həm indiki, həm də keçmiş polis olmaqla dörd nəfər intihar edib", - məlumatda deyilir.

Nəşrin məlumatına görə, bu intihar hallarının bir-biri ilə əlaqəli olması barədə məlumat yoxdur.

Hadisədən sonra Los-Anceles polis rəisi Robert Lun əməkdaşlarına müraciət edərək, onları həmkarlarının sağlamlığına diqqət yetirməyə çağırıb.

"Bu ölümləri eşidəndə heyrətə gəldik. Belə çətin anlarda rütbə və vəzifəsindən asılı olmayaraq əməkdaşların digər həmkarlarının və dostlarının rifahına nəzarət etməsi vacibdir", - polis rəisi öz əməkdaşlarına göndərdiyi elektron məktubda bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.