Dünya

Dəhşətə salan təbii fəlakət ölkə ərazisini böyütdü - FOTOlar

11 Noyabr 2023 14:00
Baxış: 1 218
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sakit Okeanda sualtı vulkan püskürməsi yeni adanın yaranmasına səbəb olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Tokiodan (Yaponiya) təxminən 1,2 min kilometr aralıda, Sakit okeanda sualtı vulkan püskürməsi diametri təxminən 100 metr olan yeni dairəvi adanın yaranmasına səbəb olub.

Bu barədə Tokio Universitetinin Zəlzələ Tədqiqatları İnstitutunun mütəxəssisləri məlumat yayıblar.

Bildirilir ki, İvodzima ərazisində müşahidə olunan vulkanik aktivliyi oktyabrın 30-da havadan görüntüləmək mümkün olub.

Kadrlarda isti maqmanın su ilə birbaşa təmasda olması zamanı baş verən çoxsaylı partlayış, həmçinin suyun altından qopan bir neçə metr ölçüdə daş blokların 50 metrdən çox hündürlüyə atılması əks olunub.

Tədqiqatçıların fikrincə, məhz səthə atılan daşlar yeni bir ada əmələ gətirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.