Dünya

ABŞ Avropada güc balansını dəyişə bilər

8 Noyabr 2023 08:13
Baxış: 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropada Adi Silahlı Qüvvələr Haqqında Müqavilə (CFE) üzrə öhdəliklərinin yerinə yetirilməsini dayandırmasından sonra ABŞ NATO müttəfiqlərinə verilən təminatları yerinə yetirmək üçün qüvvələrinin sıralanmasını dəyişə bilər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Onun sözlərinə görə, Vaşinqton NATO-nun 5-ci maddəsində nəzərdə tutulan müttəfiqləri qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək üçün ondan tələb olunanı edəcək.

"Bu, güc balansında dəyişiklik tələb edə bilər, amma bu gün bu barədə danışmaq fikrində deyiləm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.