Dünya

Bakı ilə İrəvanı müqayisə etdi - ermənilər qəzəbləndi

5 Noyabr 2023 16:25
Baxış: 1 083
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycanla Ermənistanı iqtisadi baxımdan müqayisə edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, o, Azərbaycanın indiki şəraitdə böyük iqtisadi potensiala malik olduğunu bildirib.

"İqtisadi potensial - gəlin müqayisə edək: Azərbaycanın 10 milyon əhalisi var, Ermənistanın isə deyirlər ki, üç milyondur. Amma biz dəqiq bilirik ki, belə deyil - Ermənistanda maksimum 2 milyon insan var. Azərbaycan iqtisadi və maliyyə baxımından əhəmiyyətli üstünlüyə malikdir", - Patruşev Rusiya Forumu çərçivəsində keçirilən "Bilik" cəmiyyətinin marafonunda deyib.

Qeyd edək ki, ermənilər bu müqayisəni Ermənistanın aşağılanması kimi qəbul ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.