Dünya

Kadırov 15 yaşlı oğluna yüksək vəzifə verdi - FOTO

5 Noyabr 2023 11:34
Baxış: 1 961
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam atasının təhlükəsizlik xidmətində vacib və məsul vəzifəyə təyin edilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev Teleqram kanalında yazıb.

"Hörmətli qardaşım Adam Kadırovu Çeçenistan Respublikasının rəhbərinin təhlükəsizlik xidmətində mühüm vəzifəyə təyin olunması münasibətilə səmimi qəlbdən təbrik edirəm", - Dudayev bildirib.

Onun sözlərinə görə, Adam Kadırov özünü cəsur vətənpərvər və dinin müdafiəsinə qalxmağa hazır bir insan kimi göstərib, həmçinin bir neçə dəfə hərbi əməliyyatlar zonasında olub.

Qeyd edək ki, Adam Kadırov ötən ay Çeçenistan Qəhrəmanı adına layiq görülmüşdü.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.