Dünya

Saakaşvili, İlham Əliyev və Ərdoğanın bu fotosu İranı silkələdi

1 Noyabr 2023 21:45
Baxış: 1 421
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qafqaz məsələləri üzrə iranlı ekspert Əhməd Kazımi Türkiyə və Azərbaycan prezidentlərinin də yer aldığı 2006-cı ildə çəkilmiş foto ilə bağlı həyəcan təbili çalıb.

Milli.Az Globalinfo.az-a istinadən xəbər verir ki, o, xəritədə Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə birləşməsinə diqqət çəkib.

Ə.Kazımi iddia edib ki, guya bu, İran-Ermənistanın sərhədinin ləğvi və Əliyevlə Ərdoğanın məşhur dəhliz layihəsidir.

Qeyd edək ki, bu, iranlı ekspertin növbəti avantürasıdır. Prezident İlham Əliyev rəsmi Bakının Ermənistana və ya başqa bir dövlətə ərazi iddiası olmadığını dəfələrlə bəyan edib və bunu sübuta yetirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.