Dünya

ABŞ Yaxın Şərqə daha 300 əsgər göndərir

31 Oktyabr 2023 23:22
Baxış: 646
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Silahlı Qüvvələrin Mərkəzi Komandanlığının (CENTCOM) Yaxın Şərqdəki məsuliyyət zonasına əlavə 300 hərbçi göndərəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder deyib.

Onun sözlərinə görə, Yaxın Şərqdəki əlavə Amerika qüvvələri bölgədə artıq yerləşdirilmiş qoşunlara partlayıcı sursatların zərərsizləşdirilməsi, kommunikasiyaların saxlanması ilə bağlı köməklik göstərəcək.

Rayder qeyd edib ki, Yaxın Şərqə göndərilən əsgərlər İsraildə döyüş əməliyyatlarına cəlb edilməyəcək.

Qeyd edək ki, İsraildə müharibə başlayandan sonra ABŞ Yaxın Şərqə iki aviadaşıyıcı, onları müşayiət edən çoxsaylı gəmi ilə bərabər, 1000 əsgər göndərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.