Dünya

Öz əsgərlərini ölümə məhkum edirlər: "Onlar edam edilir"

29 Oktyabr 2023 12:20
Baxış: 1 292
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Rusiyanın Ukrayna cəbhəsində əmrə tabe olmayan əsgərləri öldürdüyünü iddia edib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu məlumatı Ağ Evin Milli Təhlükəsizlik müşaviri Con Kirbi mətbuat brifinqində açıqlayıb.

O iddia edib ki, rus komandirlər Ukraynanın artilleriya atəşi nəticəsində geri çəkilməyə çalışan bütün əsgərləri öldürməklə hədələyir:

"Rus ordusunun əmrə əməl olmayan əsgərləri öldürdüyünə dair məlumatımız var. Əmrlərə tabe olmaq istəməyən əsgərlərin edam edilməsini qınamalıyıq. Onları ölümlə hədələmək barbarlıqdır".

Kirbi vurğulayıb ki, Rusiya ordusunun əsgərləri arasında mənəvi-psixoloji vəziyyət olduqca aşağıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.