Dünya

“Bu dövlət yaradılmalı və tanınmalıdır” - Lavrov

28 Oktyabr 2023 20:07
Baxış: 1 328
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qərb Ukraynanı özünün də qorxmağa başladığı bir canavara çevirib".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

"Zelenski və müttəfiqlərinin artıq o qədər də qulaq asmadıqlarını və Qərbə getdikcə daha çox iddialar irəli sürdüklərini nəzərə alsaq, Qərb indi hansı canavar yetişdirdiyindən bir az da qorxmağa başlayır", - nazir bildirib.

Lavrov hesab edir ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi Qərbi təkcə Ukraynada Rusiyaya qalib gəlmək haqda yox, ümumilikdə təhlükəsizlik maraqlarının təmin edilməsi barədə düşünməyə vadar edib.

Onun fikrincə, Yaxın Şərq ABŞ-ın milli təhlükəsizliyi üçün həqiqətən vacibdirsə, o zaman BMT-nin qərarlarına uyğun olaraq Fələstin dövlətinin yaradılmasına gətirib çıxarmalı olan danışıqları çoxdan stimullaşdırmalı idilər.

Lavrov həmçinin qeyd edib ki, hazırda Avrasiya qitəsində alovlanan münaqişələrdən hər hansı biri böyük müharibəyə çevrilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.