Dünya

Paşinyan sülhdən danışdı: Bunsuz çətin olacaq!

26 Oktyabr 2023 12:28
Baxış: 949
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bizim iki qonşumuzla yollarımız bağlıdır. Yollar olmadan sülhə nail olmaq çətin olacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Tİflis Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində deyib.

O bildirib ki, Cənubi Qafqazın sülhə ehtiyacı var və sülh bütün ölkələrin açıq sərhədlərlə yaşamasıdır:

"Bizim hökumətimiz sülh gündəliyinin vacib hissəsi olaraq "Sülh kəsişmələri" layihəsini təqdim edir. Bu layihənin mahiyyəti yolların, dəmir yollarının, kəmərlərin, kabellərin, eləcə də elektrik xətlərinin yenidənqurması və tikilməsi yolu ilə Ermənistan Türkiyə, Azərbaycan və İran arasında kommunikasiyanı inkişaf etdirməkdir".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.