Dünya

Netanyahu: “İsrailin HƏMAS üzərində qələbəsi bütün dünyanın qələbəsidir”

23 Oktyabr 2023 00:06
Baxış: 1 324
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrailin Baş naziri Benyamin Netanyahu Fransa Prezidenti Emmanuel Makron, Niderlandın Baş naziri Mark Rutte və İspaniyanın Baş naziri Pedro Sançeslə danışıqlar aparıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.

"Liderlərlə danışıqlar zamanı baş nazir HƏMAS-ın hərbi və hökumət potensialını məhv etmək üçün xalqın birliyini və əzmini qeyd edib və bildirib ki, İsrailin HƏMAS üzərində qələbəsi bütün dünyanın qələbəsidir", - deyə məlumatda qeyd olunub.

Qeyd olunur ki, Fransa lideri və Niderlandın Baş naziri Netanyahu ilə görüşmək üçün bazar ertəsi və çərşənbə axşamı İsrailə gələcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory