İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında hərbi obyektlərə zərbələr endirmək üçün "Steel Sting" (Polad Neştər) minaatan mərmisindən istifadə etdiyini bildirib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə hərbi idarənin "Telegram" kanalında məlumat yayılıb.
Bildirilib ki, Magellan xüsusi dəstəsinin qırıcıları ilk olaraq bu mərmidən HƏMAS-ın İsrail ərazisinə ardıcıl raket buraxan obyektinə hücum edərkən istifadə ediblər .
"Steel Sting"in iki hədəfli minaatan bombası olduğu dbildirilir. O, mülki şəxslərin vurulma riskini azaldaraq, məskunlaşan ərazilərdə düşmən hədəflərini dəqiq vurmağa imkan verir.
Milli.Az