HƏMAS "Polad Neştər"in HƏDƏFİNDƏ: İsrail ilk dəfə istifadə etdi

22 Oktyabr 2023 19:44

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında hərbi obyektlərə zərbələr endirmək üçün "Steel Sting" (Polad Neştər) minaatan mərmisindən istifadə etdiyini bildirib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə hərbi idarənin "Telegram" kanalında məlumat yayılıb.

Bildirilib ki, Magellan xüsusi dəstəsinin qırıcıları ilk olaraq bu mərmidən HƏMAS-ın İsrail ərazisinə ardıcıl raket buraxan obyektinə hücum edərkən istifadə ediblər .

"Steel Sting"in iki hədəfli minaatan bombası olduğu dbildirilir. O, mülki şəxslərin vurulma riskini azaldaraq, məskunlaşan ərazilərdə düşmən hədəflərini dəqiq vurmağa imkan verir.

Milli.Az