HƏMAS-ın silahlıları oktyabrın 7-də İsrailə qarşı Əqsa daşqını əməliyyatı zamanı əsir götürülən amerikalı ana və qızını azad edib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sərbəst buraxılan ana və qızını Qəzza sərhədində İsrail ordusu və təhlükəsizlik qüvvələri qarşılayıb.
Baş nazir Benyamin Netanyahunun mətbuat ofisindən verilən yazılı açıqlamada, HƏMAS-ın nəzarətində olan amerikalı ana Judith Raanan və qızı Natali Raananın bu gün sərbəst buraxıldığı bildirilib.
Milli.Az