Dünya

Fələstin Prezidenti Baydenlə telefonla danışmaqdan imtina etdi

20 Oktyabr 2023 13:00
Baxış: 702
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fələstin Prezidenti Mahmud Abbas amerikalı həmkarı Co Baydenin İsrailə səfəri zamanı onunla telefon danışığı aparmaqdan imtina edib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı TASS yayıb. 

Bildirilir ki, ABŞ prezidentinin administrasiyasının nümayəndələri oktyabrın 18-i iki lider arasında telefon danışığı təşkil etməyə cəhd ediblər, lakin Mahmud Abbas bunu qəbul etməyib.  

Xatırladaq ki, C.Bayden oktyabrın 18-i İsrailə rəsmi səfər edib və ABŞ-nin ölkəyə dəstəyini bir daha vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.