İsrail Baş naziri Benyamin Netanyahu Qəzza sektoru ilə sərhəddə hərbçilərlə görüş keçirib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İsrail mediası məlumat yayıb.
"Biz qalib gələcəyik. Bütün İsrail xalqı sizin arxanızdadır və biz qələbəni əldə etmək üçün düşmənlərimizə güclü zərbə endirəcəyik", - deyə Netanyahu hərbçilərə müraciətində bildirib.
Qeyd edək ki, İsrail ordusunun Qəzzaya quru əməliyyatı üçün tam hazır olduğu bildirilib.
Milli.Az