Dünya

Rişi Sunak da İsrailə gedir

19 Oktyabr 2023 08:31
Baxış: 709
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Böyük Britaniyanın Baş naziri Rişi Sunak regiona ikigünlük səfəri çərçivəsində İsrailə gələcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkə hökuməti məlumat yayıb.

Səfər çərçivəsində Sunak israilli həmkarı Binyamin Netanyahu və Prezident İshak Hersoq ilə görüşəcək, daha sonra regionun digər paytaxtlarına yollanacaq.

İsrailin "Haaretz" qəzeti qeyd edib ki, Sunakın səfəri İsrail hakimiyyətinin Qəzza zolağına humanitar yardımın çatdırılmasına icazə verəcəyinə dair verdiyi zəmanətlər sayəsində mümkün olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.