Dünya

BMT Rusiyanın qətnamə layihəsini qəbul etmədi

17 Oktyabr 2023 09:19
Baxış: 828
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

BMT Təhlükəsizlik Şurası Rusiyanın İsrail-Fələstin münaqişəsinə dair qətnamə layihəsini qəbul etməyib.

Təhlükəsizlik Şurasında sözügedən layihəyə Rusiya, Çin, BƏƏ, Qabon və Mozambik səs versə də, ABŞ, İngiltərə, Fransa və Yaponiya sənədin əleyhinə olub.
Bitərəf qalanlar: Albaniya, Braziliya, Qana, Malta, İsveçrə, Ekvador.

Milli.Az xəbər verir ki, "Reuters"in verdiyi məlumata görə, Rusiya öz layihəsində tərəfləri dərhal atəşkəsə, girovların azad edilməsinə və Qəzza zolağına humanitar yardımın göndərilməsinə çağırmağı, habelə mülki şəxslərə qarşı zorakılığı və istənilən terror aktını pisləməyi təklif edib. Lakin mətndə HƏMAS hərəkatı birbaşa qeyd olunmayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.