Dünya

Putin: “ABŞ-nin hazırkı siyasəti müstəmləkəçilik siyasətinin təzahürüdür”

16 Oktyabr 2023 13:57
Baxış: 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ABŞ-nin hazırkı siyasəti müstəmləkəçilik siyasətinin təzahürüdür".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Çin KİV-inə müsahibəsində deyib.

O bildirib ki, Qərbin tətbiq etmək istədiyi qaydalar cəfəngiyyatdır: "Çünki kimsə bunlarla razılaşmayıb".

V.Putin vurğulayıb ki, Ukraynanın bloklara qoşulmaması Rusiya üçün son dərəcə vacibdir: "Bəzi ölkələrin təhlükəsizliyini digərlərinin təhlükəsizliyini pozmaqla qurmaq olmaz".

Rusiya Prezidenti söyləyib ki, ölkəsi Ukrayna ilə müharibənin sülh yolu ilə başa çatmasına heç vaxt etiraz etməyib: "Lakin Kiyev buna hazır olduğunu bəyan etməlidir".

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.