Dünya

HƏMAS bunu da etdi - Təxliyə olunan insanlara...

16 Oktyabr 2023 09:00
Baxış: 1 401
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

HƏMAS Qəzza zolağından təxliyə olunan dinc sakin karvanını atəşə tutub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi Conatan Konrikus deyib.

Onun sözlərinə görə, HƏMAS yaraqlıları oktyabrın 13-də Qəzza zolağının şimal hissəsindən təxliyə olunan karvanı atəşə tutaraq 70 dinc sakinin ölümünə səbəb olub:

"Biz mülki vətəndaşlardan ibarət heç bir karvanı atəşə tutmamışıq və, bizdə olan məlumata görə, bu həmlə HƏMAS tərəfindən həyata keçirilib. Əgər beynəlxalq arenada bu onların xeyrinə olacaqsa, düşünmürəm ki, onlar üçün dinc sakinləri öldürmək problem olsun", - Konrikus vurğulayıb.

Xatırladaq ki, daha öncə Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz İsraili köçkünlərin karvanına atəş açmaqda suçlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.