Dünya

Blinken gələn həftə yenidən İsrailə səfər edəcək

15 Oktyabr 2023 21:09
Baxış: 558
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ dövlət katibi Entoni Blinken yenidən İsrailə səfər etməyi planlaşdırır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Qeyd olunub ki, bu son bir həftə ərzində amerikalı diplomatın Tel-Əvivə ikinci rəsmi səfəri olacaq.

Onun İsrailə oktyabrın 16-da qayıdacağı gözlənilir.

Xatırladaq ki, oktyabrın 11-dən 15-dək Fələstin-İsrail münaqişəsi kəskinləşən zaman Blinkenin Yaxın Şərqə səfəri başlayıb.

O, ilk olaraq İsrailə səfər edib. Daha sonra ərəb ölkələri - İordaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn və Qətərə gedib və burada dövlətlərin rəsmiləri ilə bölgədəki hadisələri müzakirə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.