Dünya

HƏMAS-ın İsrailə hücumu nəticəsində 29 amerikalı həlak olub

15 Oktyabr 2023 11:35
Baxış: 853
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fələstinin radikal HƏMAS hərəkatı yaraqlılarının İsrailə hücumu nəticəsində ABŞ-ın azı 29 vətəndaşı həlak olub, daha 15 nəfər itkin düşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında deyilir.

"Hazırda (HƏMAS-ın hücumu nəticəsində) ABŞ-ın 29 vətəndaşının öldüyünü təsdiqləyə bilərik", - Amerikanın xarici siyasət idarəsi qeyd edib: "Bizə ABŞ-ın 15 vətəndaşının, həmçinin İsraildə daimi yaşayan 1 nəfərin itkin düşməsi məlumdur".

Dövlət Departamenti həlak olanların kimliyi və ya ölüm şəraiti ilə bağlı məlumat verməyəcəyini vurğulayıb. "ABŞ hökuməti (Amerika vətəndaşlarının-red) yerini müəyyənləşdirmək üçün gecə - gündüz çalışır və İsrail hökuməti ilə girov böhranının bütün aspektləri, o cümlədən kəşfiyyat məlumatlarının mübadiləsi, Birləşmiş Ştatlar hökumətinin hər yerindən ekspertlərin İsrail hökumətinə girov azadlığı ilə bağlı məsləhət verməsi ilə əməkdaşlıq edir", - Departamentdən bildirilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.