Dünya

Məşhur iş adamı vəfat etdi - FOTO

12 Oktyabr 2023 06:22
Baxış: 1 166
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Duty Free" mağazalar şəbəkəsinin yaradıcısı, amerikalı iş adamı və xeyriyyəçi Çarlz Frensis Fini vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 92 yaşlı milyarderin ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, "Forbes" siyahısında adı olan iş adamı sağlığında demək olar ki, bütün sərvətini xeyriyyəyə bağışlayıb. Xeyriyyəçiliyin ilk 15 ilində o, ianələri anonim edib.

16 sentyabr 2020-ci ildə video konfransı zamanı Çarlz vida nitqini söyləyərək xeyriyyə fondunu bağladı. Bu vaxta qədər fond bütün aktivlərini - təxminən 8 milyard dolları xeyriyyə məqsədləri üçün paylamışdı. O, qocalıq dövründə rahat yaşamaq üçün 2 milyon dollar pul götürmüşdü.

Milli.Az

"Duty Free"nin yaradıcısı vəfat etdi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.