Dünya

İsraildə milli birlik hökuməti quruldu

11 Oktyabr 2023 18:16
Baxış: 798
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsraildə milli birlik hökuməti qurulub.

Milli.Az APA-ya istinadən bildirir ki, Baş nazir Benyamin Netanyahu və Milli Birlik lideri, keçmiş müdafiə naziri Benni Qantzın Təl-Əvivdəki İsrail ordusunun qərargahında görüşünü ardınca bu gün günortadan sonra fövqəladə hökumətin yaradıldığı elan olunub.

Bir saat yarım davam edən görüşdən sonra "Likud" və "Milli Birlik" partiyalarını təmsil edən rəsmilər təfərrüatları yekunlaşdırmaq üçün müzakirəni davam etdiriblər.

Razılaşmanın bir hissəsi olaraq Qantz və həmkarı Qadi Eisenkot nazir olaraq and içəcək, Netanyahu və müdafiə naziri Yoav Qallant ilə müharibə kabinetinə qatılacaqlar.

Qeyd edək ki, oktyabrın 7-də HAMAS-ın İsrailə qəfil hücumundan sonra İsrail HAMAS-a qarşı hərbi əməliyyata başlayıb. Baş nazir Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.