Dünya

Pentaqon İsrailə yardım vəd edib

8 Oktyabr 2023 13:50
Baxış: 687
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pentaqonun rəhbəri Lloyd Ostin İsrailin özünümüdafiə hüququnu təsdiqləyib və bildirib ki, ABŞ-nin bu məsələdə mövqeyi sarsılmaz olaraq qalır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun ABŞ Müdafiə Nazirliyinin saytında dərc olunmuş bəyanatında deyilir.

Sənəddə qeyd olunur ki, nazir İsraildəki hadisələrin inkişafını diqqətlə izləyir və ölkəyə yardım vəd edib. Yaxın vaxtlarda Müdafiə Nazirliyinin İsraili özünümüdafiə və vətəndaşların zorakılıq və terrorizmdən qorunması üçün lazım olan hər şeyi təmin etmək üçün tədbirlər görəcəyi bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.