Dünya

İspaniya tamamilə yerli istehsal olan ilk raketini buraxdı

7 Oktyabr 2023 09:23
Baxış: 529
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "PLD Space" şirkəti "Miura 1" suborbital daşıyıcı aparatını ölkənin cənub-qərbindən orbitə çıxarıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qeyd olunur ki, bu, Avropada ilk özəl raket buraxılışıdır.

"PLD Space" artıq "Miura 1"-i sınaqdan keçirməyə çalışmışdı, lakin mayın 31-də külək səbəbindən ləğv edilib.

"El Mundo" qəzetinin yazdığına görə, bu, İspaniyada tam şəkildə işlənib hazırlanmış və inşa edilmiş ilk raketdir. Onu işə salmaq üçün əlverişli və çox spesifik hava şəraiti tələb olunur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.