Dünya

Nigerdə radikalların hücumunda 29 hərbçi öldü

3 Oktyabr 2023 08:17
Baxış: 491
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nigerin qərbində dini radikallar olduğu güman edilən şəxslərin hücumu nəticəsində 29 hərbçi ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Agentlik diqqətə çatdırıb ki, bu, hərbçilər hakimiyyəti ələ keçirməsindən sonra ölkədə baş verən ən qanlı insidentdir.

Nazirliyin televiziya vasitəsilə yayımlanan bəyanatında deyilib ki, "100-dən çox terrorçu" hadisədə iştirak edib. Onun sözlərinə görə, hücum edənlər "əldəqayırma partlayıcı qurğular və kamikadze nəqliyyat vasitələrindən" istifadə ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.