Dünya

Bu virusa görə 1000 nəfər öldü

2 Oktyabr 2023 15:59
Baxış: 687
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Banqladeşdə denge virusundan ölənlərin sayı min nəfəri ötüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Banqladeş Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ölkədə hər gün minlərlə insan denge qızdırması səbəbilə xəstəxanalara müraciət edib. Müraciət edənlərdən 1 006 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Banqabandhu Tibb Fakültəsinin dosenti Rafiqul İslam bildirib ki, virus ölkənin 64 bölgəsində ilk dəfə aşkarlanıb. Onun sözlərinə görə, musson yağışları mövsümündə və ya digər vaxtlarda təmiz saxlanılmalı olan yerlər təmizlənməyib, nəticədə virus sürətlə yayılmağa başlayıb.

Qeyd edək ki, əsasən tropik və subtropik regionlarda müşahidə edilən denge qızdırması virus infeksiyasıdır. Yüksək hərarət, ürəkbulanma, səpmə, baş və bel ağrıları xəstəliyin əsas əlamətləridir. Dünya Səhiyyə Təşkilatı denge xəstəliyini insan sağlamlığı üçün ən böyük təhdidlər siyahısına daxil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.