Dünya

Ukrayna üçün dəhşətli təhlükə: Rusiya bu raketi alarsa...

30 Sentyabr 2023 08:36
Baxış: 1 391
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Rusiyaya sata biləcəyi "Fateh-110" və "Zülfüqar" raketləri qeyri-dəqiqdir. Onların istifadəsi mülki infrastrukturun dəhşətli dağılmasına və insan tələfatına səbəb olacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu ukraynalı hərbi ekspert Roman Svitan deyib.

Svitanın fikrincə, İran raketlərinin alınması qeyri-mümkündür, çünki yarım tona qədər döyüş başlığı olan nəhəng silah qeyri-dəqiqliyə görə elan edilmiş məsafədə tapşırığı yerinə yetirə bilmir:

"İran raketləri qeyri-dəqiqdir. Lakin qeyri-dəqiq zərbə daha dəhşətli nəticələrə gətirib çıxara, yaşayış binalarını dağıda bilər. Bunun qarşısını almaq üçün bir neçə həftəmiz var".

Eyni zamanda o, İran raketlərinin ballistik trayektoriya ilə uçduğuna və bu səbəbdən onların vurulmasının çətinliyinə diqqət çəkib:

"Onlar yüksək hündürlükdə uçurlar, sürətlənirlər və sonra yuxarıdan hədəfə doğru dalırlar. Lokatorlar bəzi mövqelərdə bunu görmürlər. Ballistik raketi vurmaq çox çətindir. Bundan başqa, İran raketlərinin sürəti yüksəkdir, yaxınlaşma vaxtı qısadır. Onların maksimum sürətinin saatda 3 min kilometr olduğu barədə məlumatlar var. Bir neçə dəqiqəyə 300 kilometr qət edir. Müqayisə üçün qeyd edək ki, qanadlı raketlər saatda 850-900 kilometr sürətlə uçur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.