Dünya

Polis “şeytan kuklası” Çakkini həbs edib

25 Sentyabr 2023 15:22
Baxış: 885
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksika hüquq-mühafizə orqanları eyni adlı qorxu filmi silsiləsindən "şeytan kuklası" Çakkidən istifadə edərək qəsb etməklə məşğul olan şəxsi həbs edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, kukla da onunla birlikdə həbs edilib.

Yerli polis əməkdaşlarının verdikləri məlumata əsasən Karlos "N" adı ilə tanınan şəxs kukladan istifadə etməklə yerli sakinləri qorxudub, onlardan pul alıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi saxlayıb, həmçinin Çakkinin oyuncaq bıçağını da götürüblər.

Qeyd olunur ki, kuklanın əlləri qandallanaraq sahibi ilə birlikdə polis bölməsinə aparılıb.

"Hər ikisi ictimai asayişi pozmaqda və başqalarının toxunulmazlığına təhlükə törətməkdə ittiham olunublar", - deyə qeyd olunub.

Lakin kuklanın əlinə qandal bağlayan meksikalı zabit işinə ciddi yanaşmadığı üçün rəhbərlik tərəfindən tənbeh edilib. Karlos "N" və Çakki kuklası daha sonra sərbəst buraxılıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.