Dünya

Dərman atan körpənin göz rəngi dəyişdi - Valideynləri dəhşət yaşadı

9 Sentyabr 2023 10:32
Baxış: 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Taylandlı həkimlər koronavirusa qarşı dərman qəbul etdikdən sonra uşaqda qeyri-adi yan təsir qeydə alıblar.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Frontiersin.org" məlumat yayıb.

Belə ki, şiddətli öskürək və qızdırma ilə Banqkok klinikalarından birinə altı aylıq körpə yerləşdirilib. Koronavirus testi müsbət nəticə verib və həkimlər uşağa xüsusi dərman təyin ediblər.

Körpənin anası müalicəyə başladıqdan 18 saat sonra oğlunun qəhvəyi gözlərinin bənövşəyi rəngə çevrildiyini görüb. Qorxudan qadın həkimlərə müraciət edib.

Həkimlər qadına izah ediblər ki, körpənin qəbul etdiyi dərmanın tərkibində olan flüoresan kimyəvi maddəsi onun gözünün buynuz qişasında yığılıb.

Həkimlər müalicə rejimini dəyişdirməyiblər, çünki terapiyanın uşağın orqanizminə heç bir mənfi təsiri olmayıb. Müalicə bitdikdən beş gün sonra hər şey normala dönüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.