Dünya

Blinken Kuleba ilə Kiyevdəki "McDonald's" da yemək yedi - VİDEO

7 Sentyabr 2023 09:27
Baxış: 1 359
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ dövlət katibi Entoni Blinken və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə Kiyevdə "McDonald's" restoranında olublar.

Milli.Az APA-ya istinadən bildirir ki, hər iki ölkənin baş diplomatları birgə qəlyanaltı ediblər.

Blinken qızardılmış kartof, Kuleba isə albalı piroqu sifariş edib.

Söhbət zamanı ukraynalı nazir "McDonald's" haqqındakı xatirələrini Blinkenə danışıb.

"Mən tələbə olanda spirtli içkidən sonrakı anlaqsız vəziyyətimdə səhər yeməklərimi "McDonald's" restoranlarında yeyirdim. Təbii ki, bu nadir hallarda baş verirdi. Bir dəfə ikiqat çizburger, böyük bir "Coca Cola" aldım. Bu mənim spirtli içkidən sonrakı anlaqsız vəziyyətimdəki ən yaxşı səhər yeməyi idi", - deyə Kuleba bildirib.

Dövlət katibi onun bu sözlərinə gülümsəyərək bildirib ki, onda heç vaxt belə bir şey olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.