Dünya

Ukrayna uzaqmənzilli raket üzərində işləyir

5 Sentyabr 2023 09:52
Baxış: 686
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna 1500-2000 km mənzilli raket üzərində işləyir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Aleksey Reznikov bəyan edib.

Onun fikrincə, Ukraynanın öz raket və raket əleyhinə proqramı çoxdan olmalı idi.

"Bu, çoxdan edilməli idi, onda bizim öz hava hücumundan müdafiəmiz olardı. Bu gün biz "Patriot", NASAMS, SAMP/T," Iris-T" üçün tərəfdaşlarımıza təşəkkür edirik", - deyə müdafiə naziri bildirib.

"Bizə 15 000 km məsafədə uçan raket lazım deyil. Biz 15 000 km məsafədə yerləşən tərəfdaşlarla döyüşməyi planlaşdırmırıq. Bizə cəmi 1,5-2 min kilometrlik raket lazımdır", - Reznikov əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.