Dünya

“Biz bu məsələdə razılığa gəldik” - Ərdoğan

4 Sentyabr 2023 19:41
Baxış: 1 446
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Biz bu məsələdə razılığa gəldik".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

Ərdoğan Afrika ölkələrinə taxılın çatdırılması üçün Türkiyə və Rusiyanın birgə işləməli olduğunu bildirib:

"Putin dedi ki, biz taxılın 1 milyon tonunu kasıb ölkələrə göndərməyə hazırıq, bunun üçün bütün logistik işləri görmüşük və bu logistik səylərlə həmin addımı atmağa hazırıq. Biz Türkiyə olaraq burada üzərimizə düşən hər şeyi etməyə hazırıq və dedik ki, sizdən gələcək bu taxılları dəyirmanlarımızda doğrayıb, un şəklində yoxsul Afrika ölkələrinə göndərə bilərik. Biz bu məsələlərdə razılığa gəldik. Ümid edirəm ki, cənab Putin bu tələbləri tez yerinə yetirər. Ümid edirəm ki, biz bu addımları birlikdə atacaq vəziyyətdə olacağıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.