Dünya

Zelenski Reznikovun istefasını təsdiqlədi

3 Sentyabr 2023 23:20
Baxış: 1 569
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Prezident Vladimir Zelenski Aleksey Reznikovun Ukraynanın müdafiə naziri vəzifəsindən azad edilməsini təsdiqləyib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə RBC-Ukrayna dövlət başçısının videomüraciətinə istinadən məlumat yayıb.

Prezidentin sözlərinə görə, nazirliyə Rüstəm Umerov rəhbərlik edəcək.

"Ukrayna Ali Şurası bu şəxsi yaxşı tanıyır və cənab Umerovun əlavə təqdimata ehtiyacı yoxdur. Mən parlamentin bu namizədliyi dəstəkləyəcəyini gözləyirəm" - Zelenski vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.