Dünya

Ən çox satılan smartfonların SİYAHISI

2 Sentyabr 2023 18:38
Baxış: 1 207
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Omdia adlı analitik şirkət bu ilin birinci yarısında ən çox satılmış smartfonların siyahısını təqdim edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, siyahıya daxil olmuş smartfonlar yalnız Samsung və Apple şirkətlərini əhatə edirlər. Ümumilikdə siyahıya 10 smartfon modeli daxil olub. Beləliklə təqdim edilmiş siyahıya əsasən bu ilin birinci yarısında ən çox satılmış smartfon 26.5 milyonluq satışla iPhone 14 Pro Max olub. Ondan sonra gələn smartfonların sıralanması belədir. iPhone 14 Pro (21 milyon), iPhone 14 (16.5 milyon), iPhone 13 (15.5 milyon) və Galaxy A14 (12.4 milyon). İlk beşlikdən sonrakı smartfonların sıralanması isə bu cürdür. Galaxy S23 Ultra (9.6 milyon), Galaxy A14 5G (9 milyon), Galaxy A54 5G (8.8 milyon), Galaxy A34 5G (7.1 milyon) və iPhone 11 (6.9 milyon).

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.