Dünya

16 yaşlı idmançı qız itkin düşdü

29 Avqust 2023 18:01
Baxış: 819
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı fiqurlu konkisürən Alina Qorbaçova yoxa çıxıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə TASS-a 16 yaşlı idmançının anası Yekaterina Qorbaçova bildirib.

O bildirib ki, artıq bu barədə bu müvafiq qurumlara məlumat verilib, qızının axtarışları aparılır.

"Baza" "Telegram" kanalı isə idmançının dünən məşqçi Sofiya Fedçenko ilə mübahisə etdiyini, bundan sonra idman zalını tərk etdiyini yazıb.

Bu gün isə onun əşyaları tapılıb.

Qeyd edək ki, Alina Qorbaçova ötən mövsüm Qran-Prisinin finalında altıncı yeri tutub, eyni zamanda ölkə çempionatının qalibi olub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.