Dünya

Ukraynada məşhur kokteyli boykot ediblər

27 Avqust 2023 18:16
Baxış: 599
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynada bir qrup insan hesab edir ki, "Aperol Spritz" kokteylindən istifadə Rusiyanı dəstəkləyir. Ona görə də yerli barlar kokteyli boykot etməyə başlayıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Ukraynada indi bir çox barlar brendin sahibi İtaliyanın "Campari" şirkətinin Rusiyada fəaliyyətini davam etdirmək qərarına görə onu boykot edirlər. İndi bəzi barlar başqa şirkətlərdən alternativ kokteyl təklif edir, mağazalar isə şirkətin məhsullarının satışından imtina edirlər", - deyə bildirilir.

Şirkətin Rusiyada bütün reklam aksiyalarının dayandırılması və biznesinin minimuma endirilməsi ilə bağlı bəyanatlarına baxmayaraq, Ukraynada bu bəyanatlar bayağılıq kimi qiymətləndirilir.

Qeyd edək ki, Rusiya Almaniya, Fransa, İtaliya və ABŞ ilə birlikdə "Aperol" satışı baxımından "Campari" şirkətinin əsas bazarlarından biridir. 2022-ci ildə şirkət Rusiya və Ukraynada ümumi məhsulunun təxminən 3%-ni satıb. Bu ilin yanvar-mart aylarında şirkətin beynəlxalq satışları, demək olar ki, 20% artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.