Dünya

"Bu hücum türk-islam düşmənçiliyinə işarədir"

27 Avqust 2023 10:57
Baxış: 876
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Limasol şəhərindəki hücum türk-islam düşmənçiliyinə işarədir.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının (KKTC) Xarici İşlər naziri Tahsin Ertuğruloğlu deyib.

Ertuğruloğlu qeyd edib ki, hücum Türk-İslam düşmənçiliyinin bir əlamətidir və keçmişdə də bu kimi hücumlar baş verib.

"Kipr Rum rəhbərliyi bu cür hücumlara qarşı lazımi tədbirlər görməyib və bundan əvvəl təcavüzkarları cəzalandırmayıb. Yunan tərəfindən oxşar hərəkətlərin təkrarlanmaması üçün tədbirlər görməsini və hücum edənlərin ən qısa zamanda tutularaq qanun qarşısında cavab verməsini gözləyirik", - deyə Ertuğruloğlu bildirib.

Xatırladaq ki, dünən Yunan Kiprində yerləşən məscidə molotof kokteyli ilə hücum edilib.

Bununla bağlı KKTC prezidenti Ersin Tatar və KKTC Baş naziri Ünal Üstel açıqlama verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.