Dünya

Prezidentliyə namizəd səsverməyə ELƏ GÖRKƏMDƏ GƏLDİ Kİ...

21 Avqust 2023 08:15
Baxış: 1 197
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ekvadorda prezidentliyinə namizəd olmuş Kristian Surita seçki məntəqəsinə dəbilqə və zirehli geyimdə gəlib.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə "Ecuavisa" telekanalı məlumat yayıb.

Siyasətçi bir neçə silahlı polisin müşayiəti ilə səsvermə məntəqəsini tərk edib.

Digər seçki məntəqələrində də namizədlər gücləndirilmiş təhlükəsizlik tədbirləri altında, lakin şəxsi qoruma olmadan səs veriblər.

Seçki şurasının məlumatına görə, seçki məntəqələri açıldıqdan sonra ilk üç saat ərzində seçicilərin 20%-i səs verib. Qurumun X (keçmiş Twitter) səhifəsində "Bu günə qədər səsvermə günü yaxşı keçir" deyilir.

Öldürülən namizəd Fernando Villavisensiona görə nazmiədlər yüksək təhlükəsizlik tədbirləri altında səs veriblər.

Bazar günü Ekvadorda növbədənkənar prezident və parlament seçkiləri keçirilir. Ən yüksək dövlət postu uğrunda səkkiz namizəd mübarizə aparır. Səsvermə avqustun 9-da Kitoda seçki mitinqinə qatıldıqdan sonra güllələnən Villavicencionun öldürülməsindən sonra tətbiq edilən fövqəladə vəziyyət şəraitində keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.