Dünya

Netanyahu tətilini təxirə saldı və hərbçiləri topladı

14 Avqust 2023 09:28
Baxış: 862
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrailin baş naziri Benyamin Netanyahu tətilini təxirə salıb və bazar günü Təl-Əvivdəki hərbi bazada təhlükəsizlik məsələləri ilə bağlı iclas keçirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, baş nazir Silahlı Qüvvələrin Baş Qərargah rəisi Herzi A-Levi ilə danışıqlar aparıb.

Bildirilib ki, danışıqların mövzusu ordunun bəzi ehtiyatda olan hərbçilərinin hüquq islahatlarına etiraz olaraq təlim düşərgələrində iştirakını dayandırmaq qərarı fonunda silahlı qüvvələrin döyüş hazırlığı və təhlükəsizlik məsələlərini əhatə edib.

Qeyd olunub ki, Netanyahu Holan təpələrində dincəlməli idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.