Dünya

Zelenski vilayətlərdəki hərbi komissarların hamısının işdən çıxarıldığını elan etdi

11 Avqust 2023 18:31
Baxış: 897
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynada bütün vilayət hərbi komissarları işdən çıxarılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının bu gün keçirilən iclasında bildirib.

Ukrayna lideri deyib ki, bu qərarı ölkənin hərbi komissarlıqlarının yoxlanışından sonra qəbul edib.

Zelenskinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrin Baş Komandanı Valeriy Zalujnı yeni hərbi komissarları təyin edəcək və ölkənin Təhlükəsizlik Xidməti həmin şəxsləri təyin olunmazdan öncə yoxlayacaq.

"Müharibənin nə olduğunu, rüşvətin Vətənə xəyanət olduğunu bilən insanlar bu sistemi idarə etməlidir. Ön cəbhədə döyüşüb sağlamlığını itirdiyinə görə səngərdə ola bilməyən, lakin ləyaqətini qoruyub saxlayan hərbçilərə bu iş həvalə oluna bilər", - Zelenski vurğulayıb.

Ukrayna lideri onu da əlavə edib ki, ümumilikdə hərbi komissarlıq rəislərinə qarşı 112 cinayət işi açılıb və 33 şübhəli fakt var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.