Dünya

Parisdə dünya çempionatı təxirə salındı

5 Avqust 2023 20:37
Baxış: 777
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sena çayında suyun çox çirkli olması ilə əlaqədar Parisdə açıq suda üzgüçülük üzrə dünya çempionatının üzmə yarışları təxirə salınıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Fransa Üzgüçülük Federasiyası qərar qəbul edib.

Federasiya məşqləri də ləğv etməyə məcbur olub. Şənbə və bazar günləri yarışların keçirilməsi üçün təhlükənin olması barədə xəbərdarlıq edib.

Bildirilib ki, sudan götürülən yeni nümunələr analiz edildikdən sonra yarışlarla bağlı qərar veriləcək.

Məşqlərin ləğv edilməsinə və yarışların təxirə salınmasına səbəb kimi paytaxt regionunda artıq bir neçə gündür davam edən güclü yağışlar göstərilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.