Dünya

ABŞ-da xəstəxanalar xidmətləri dayandırıldı - SƏBƏB

5 Avqust 2023 07:34
Baxış: 979
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Kaliforniya, Texas, Konnektikut, Rod-Aylend, Pensilvaniya ştatlarında xəstəxanalara edilən kiberhücum nəticəsində səhiyyə xidmətləri dayandırılıb.

Milli.Az "report"a istinadən bildirir ki, xəstəxanalardakı kompüter sistemlərinə edilən kiberhücum bəzi xidmət otaqlarının bağlanmasına və təcili yardım maşınlarının yönləndirilməsinə səbəb olub. Kibertəhlükəsizlik qrupları problemi həll etmək üçün işə başlasa da, bir çox insan sağlamlıq xidmətlərindən məhrum olub. Bir çox xəstə müalicə üçün başqa xəstəxanalara göndərilib.

"Kiberhücum haqqında öyrəndikdən sonra onları qorumaq üçün sistemlərimizi oflayn vəziyyətə saldıq və kibertəhlükəsizlik mütəxəssislərinin köməyi ilə araşdırma başlatdıq. Araşdırmalarımız davam etdikcə, biz mümkün qədər tez normal əməliyyatlara qayıtmaq üçün səylə çalışırıq və diqqətimizi xəstələrimizin təcili ehtiyaclarını qarşılamağa yönəldirik", - "Prospect Medical Holding"-dən verilən açıqlamada bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.