Dünya

Afrika Birliyi Niger hərbçilərinə 15 gün vaxt verdi

29 İyul 2023 19:37
Baxış: 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Afrika Birliyi Niger hərbçilərinə konstitusion hakimiyyəti bərpa etmək üçün 15 gün vaxt verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, Afrika Birliyinin Sülh və Təhlükəsizlik Şurası hərbçilərdən dərhal və qeyd-şərtsiz öz kazarmalarına qayıtmağı və ən geci 15 gün ərzində ölkədə qanuni hakimiyyətin bərpasını tələb edib.

Şura, həmçinin demokratik yolla seçilmiş prezidentin həbsini pisləyib və qiyamçılara qarşı cəza sanksiyaları da daxil, bütün lazımi tədbirləri görməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, iyulun 26-da Nigerdə Prezident Qvardiyası qiyam qaldıraraq ölkə başçısı Məhəmməd Bazumu vəzifədən kənarlaşdırıb. Prezident Qvardiyasının komandanı, hərbi çevrilişin rəhbəri general Əbdurəhman Çiani özünü "Vətənin Müdafiəsi üzrə Milli Şuranın sədri" elan edib və bütün idarəçilik səlahiyyətlərini əlinə alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.