Dünya

Bu ölkədə toylarda pul səpmək qadağan edildi

28 İyul 2023 18:10
Baxış: 979
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Özbəkistanda toyların ən qədim ənənələrindən birinə qadağa qoyulub. Bundan sonra evlənən gənclərin başına pul səpməyə icazə verilməyəcək. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu barədə Özbəkisdan DİN məlumat yayıb.  

Məlumatda deyilir ki, qərar dövlət rəmzlərinə hörmətlə yanaşmaq məqsədi ilə qəbul edilib: 

"Hörmətli həmvətənlər! Sizi Özbəkistanın əskinaslarında çap olunmuş dövlət rəmzlərinə hörmətlə yanaşmağa çağırırıq" 

Qeyd edək ki, Özbəkistanda ənənəvi olaraq toylarda yeni evlənən gənclərin başına əskinaslar yağdırılır ki, həyatları boyu onları zənginlik və uğur müşayiət etsin. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.