Dünya

İƏT Quranın yandırılması ilə bağlı fövqəladə iclas keçirəcək

26 İyul 2023 16:46
Baxış: 782
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Quranın yandırılması ilə bağlı fövqəladə iclas keçirəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, iyulun 31-də İƏT üzvü olan 57 ölkənin xarici işlər nazirləri virtual formatda fövqəladə iclas keçirəcəklər.

Bildirilib ki, iclasda İsveç və Danimarkada Quranın yandırılması müzakirə olunacaq.

İran Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş Tehran və Bağdadın təklifi, həmçinin İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın müsəlman ölkələrindəki həmkarlarına etdiyi zənglər əsasında planlaşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.