Dünya

Yüksək vəzifəli məmur rüşvət aldığına görə EDAM EDİLƏCƏK

26 İyul 2023 00:56
Baxış: 1 487
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin Kommunist Partiyasının Hançjoudan olan yüksək vəzifəli məmuru Çjou Cianyun 182 milyon yuan (25 milyon ABŞ dolları) rüşvət almaqda ittiham edilərək edam cəzasına məhkum edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, rüşvətxor məmur torpaq məsələlərini həll etmək müqabilində təşkilatlardan və fiziki şəxslərdən pul alıb.

Hazırda Çində ölüm hökmü əksər hallarda ölümcül inyeksiya ilə həyata keçirilir, bundan əvvəl isə günümüzdə yalnız müəyyən kateqoriya cinayətkarlara - - qatillər və narkotik satıcıları üçün tətbiq edilən güllələnmə qüvvədə idi. Bununla belə, yerli medianın yazdığına görə 56 yaşlı partiya funksioneri üçün edam ömürlük həbslə əvəz oluna bilər. Bu halda o, həm də ömürlük siyasi hüquqlarından məhrum ediləcək, əmlakı müsadirə olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.