Dünya

Uruqvay sahillərində iki minə yaxın ölü pinqvin tapılıb - FOTO

23 İyul 2023 23:32
Baxış: 1 010
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son on gündə Uruqvay çimərliklərində iki minə yaxın Magellan pinqvininin cəsədi sahilə vurub. Onların ölüm səbəbi müəyyən edilməyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Pinqvinlərin quş qripinə yoluxmadığı, onların əksəriyyətinin gənc olduğu və aclıqdan ölə biləcəyi bildirilib.

"Onlar dənizdə ölüblər. Onların 90 faizi gənclərdir, piy ehtiyatları yoxdur və mədələri boşdur", - Uruqvayın Ətraf Mühit Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, bu növ pinqvin Argentina sahillərində yuva qurur, lakin yayda qida və isti su axtarışında şimala köç edirlər. Onların müəyyən faizi həmişə miqrasiya zamanı ölür, amma bu qədər böyük sayda deyil.
Ekoloqlar hesab edirlər ki, ifrat həcmdə balıq ovu gənc pinqvinlərin aclıqdan ölməsinə səbəb olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.