Dünya

Asryan ABŞ-a PUA almağa gedib? - Arutyunov

20 İyul 2023 22:45
Baxış: 879
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ regionda Rusiya ilə rəqabət baxımından Ermənistanla hərbi əməkdaşlıqda daha çox maraqlıdır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında erməni politoloq David Arutyunov deyib.

O bildirib ki, iki ölkə arasında hərbi-texniki əməkdaşlığa başlamağın mümkünlüyü bir çox amillərdən, o cümlədən erməni tərəfinin maliyyə imkanlarından asılıdır:

"Erməni tərəfinin PUA-lara marağı və onların təyyarələrlə müqayisədə ucuzluğunu nəzərə alsaq, mümkün əməkdaşlıq məhz bu seqmentə aid ola bilər".

Arutyunov əlavə edib ki, Vaşinqton üçün satış baxımından Ermənistan bazarı çox kiçikdir:

"Ancaq Vaşinqton bu əməkdaşlıqda ilk növbədə siyasi baxımdan maraqlı olacaq. Onlar regionda Rusiya ilə rəqabətdə xüsusən də Moskvanın dominant olduğu bölgədə maraqlıdırlar. Bundan əlavə, Ermənistan və Rusiya arasında mövcud əlaqələri nəzərə alsaq, Vaşinqtonla İrəvan arasında bu cür az-çox ciddi hərbi-texniki əməkdaşlıq əlamətdar hadisə olacaq", - Arutyunov bildirib.

Qeyd edək ki, Ermənistan Baş Qərargah rəisi Asryan ABŞ-da səfərdədir. O, ötən gün Pentaqonda yüksək çinli ABŞ hərbçiləri ilə görüşərək, hərbi əməkdaşlıq məsələlərini müzakirə edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.